"Rusiyada antitürk əhval-ruhiyyəsini ermənilər yaradır" — Mövlud Çavuşoğlu

Rusiya Türkiyə kimi tərəfdaşı itirmək istəyərmi?
Ölkə.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın “Su-24” təyyarəsinin vurulmasından sonra Moskva ilə əlaqələrin normallaşdırılmasına dair birbaşa danışıqlar aparmadığını bildirib.
"Hazırda Rusiya ilə aramızda birbaşa danışıqlar aparılmır. Biz öz təkliflərimizi etmişik, qarşılıqlı bəyanatlar var, müxtəlif tədbirlərdə danışıqlar baş tutur. İnsident baş verib və hər iki ölkə bunu necə aradan qaldırmağın yolunu müzakirə etməlidirlər. Putin və Rusiya seçim etməlidir: Türkiyə kimi tərəfdaşı itirək, ya yox?", deyə Çavuşoğlu bildirib.
Çavuşoğlu əlavə edib ki, Türkiyə rusların istirahət etməsi üçün ən yaxşı yerdir.
Nazirin sözlərinə görə, Rusiyada antitürk əhval-ruhiyyəsini bu ölkənin KİV-lərində effektiv şəkildə işləyən erməni lobbisi yaradır.