Rusiyada 5,9 maqnitudalı zəlzələ baş verib

Saxalin adasında 5,9 maqnitudalı zəlzələ baş verib.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  zəlzələ yerli vaxtla saat 22.15 (Bakı vaxtı ilə 14.15) radələrində Aleksandrovsk-Saxalin şəhərindən 62 km cənubda baş verib.
 
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.