Rusiya XİN-yi Məmmədyarov-Nalbandyan görüşü barədə

Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilərdən biri kimi tərəflərə həll yolunu tapmağa və mövqelərini yaxınlaşdırmağa kömək etmək vəzifəsidir.
Turaninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki. bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: "Bu işin davam etdirilməsi üçün müvafiq ab-havanı yaratmağa kömək etmək vəzifəmizdir. Bu yaxınlarda vəziyyətin gərginləşməsi kimi hallar nizamlanmaya kömək edən ab-havanı pozur".
Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə iş dayanmır, danışıqlar kompromislər yolu ilə davam etdirilir: “Yaxın zamanlarda biz xarici işlər nazirləri səviyyəsində yeni kontaktlar barədə anons verə biləcəyik”.