Rusiya XİN: "Türkiyə və Rusiya arasında münaqişə müvəqqəti xarakter daşıyır"

Rusiya XİN: "Türkiyə və Rusiya arasında münaqişə müvəqqəti xarakter daşıyır"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə və Rusiya arasında mövcud münaqişənin müvəqqəti xarakter daşıdığını bildirib.
"RİA Novosti" xəbər verir ki, o, həmçinin ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlarda Rusiya və Türkiyə münasibətləri məsələsinin qaldırılmadığını qeyd edib.
Bundan əlavə, Zaxarova bildirib ki, Rusiya Suriyada terrorçuların mövqelərinə hava zərbələri endirərkən ölkədə gedən vətəndaş müharibəsinə müdaxilə etmiş olmayıb.
"Orada vətəndaş qarşıdurması var, lakin Hərbi Kosmik Qüvvələrin əməliyyatlarının ona heç bir adiyyəti yoxdur", — deyə Zaxarova söyləyib(virtualaz.org).