Rusiya XİN: Putin və Obama görüşə bilər

Vladimir Putin və Barak Obama bu ilin sonuna kimi görüşə bilər.
Turaninfo.az  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, Rusiya və ABŞ prezidentləri əlaqədədir: “Son vaxtlar bir neçə telefon əlaqəsi olub. Ötən il isə görüş keçirilib. Bu il də bu cür əlaqələr üçün imkan olacaq”.
Diplomat ABŞ dövlət katibi Conn Kerrinin Moskvaya səfəri zamanı prezidentlərin görüşü məsələsinin gündəmə gəlmədiyini söyləyib.