Rusiya XİN: “Biz Ərdoğanı dəstəkləmədik…”

 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təmsil etdiyi qurumun Türkiyədə baş verən çevrilişə cəhdə münasibətini növbəti dəfə ortaya qoyub.
 
Axar.az xəbər verir ki, Moskva rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanı yox, beynəlxalq hüququ dəstəklədiklərini deyib:
 
“Şəxsən Ərdoğanın mövqeyini dəstəkləmədiyimizi bildirmək istəyirəm. Bu, xoşumuza gələn, yaxud gəlməyən bir insana şəxsi dəstək vermək məsələsi deyil. Xarici siyasətdə qurduğumuz bir prinsip var: beynəlxalq hüquqa əməl etmək və BMT-nin əsas prinsiplərinə sadiq qalmaq. Türkiyədə baş verən hadisələr təkcə bu ölkəyə yox, regiona böyük problem ola bilərdi”.
 
Zaxarova Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara da münasibət bildirib:
 
“Ankaranın etdiklərini çox diqqətlə izləyirik. Söhbət şübhədən getmir. Türkiyə ilə əməkdaşlıq yenidən qurulub, əsas məqsədimiz məlumat mübadiləsidir. Gələcəkdə ortaq hərbi əməliyyatlar da ola bilər”, - XİN rəsmisi qeyd edib.