Rusiya xarici ölkələrdə hərbi əməliyyata hazırlaşır – Qanun

 
 
Rusiya Dövlət Duması vətəndaşların xarici ölkələrdə hərbi əməliyyatlarda iştirakı ilə bağlı qanun layihəsini təsdiqləyib.
 
Axar.az xəbər verir ki, bu barədə “Rosbalt” agentliyi məlumat yayıb.
 
Yeni qərara görə, Rusiya vətəndaşları Suriya da daxil olmaqla, əcnəbi ölkələrdə hərbi əməliyyatlarda müqaviləli şəkildə iştirak hüququ qazanır.
 
Qeyd edək ki, sözügedən sənəd Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.
 
Qanun layihəsinin fövqəladə hallarda sülhün və sabitliyin təmin olunması, eləcə də Rusiyada terrorçuluğun qarşısının alınması ilə bağlı irəli sürüldüyü bildirilib.