Rusiya və ABŞ arasında diplomat böhranı

Rusiya hökuməti ABŞ səfirliyinin iki əməkdaşını deportasiya edib və onları “arzuolunmaz şəxslər”in siyahısına salıb.
 Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
 O bildirib ki, ABŞ-ın 2 rus diplomatı deportasiya etməsinə qarşılıq olaraq bu addım atılıb:
 “Amerikalı həmkarlarımız Rusiya tərəfinə heç bir məlumat vermədən diplomatlarımızı deportasiya edib. Digər tərəfdən, baş tutan yüksək səviyyəli toplantıda bu məsələnin ifşa edilməməsi istənilmişdi. Lakin görünən odur ki, amerikalılarda sözünün üstündə durmaq vərdişi yoxdur. ABŞ-ın bu addımını düşmən münasibəti kimi xarakterizə edə bilərik”.
 Qeyd edək ki, ABŞ səfirliyi əməkdaşının rus polisi tərəfindən döyülməsindən sonra Vaşinqton 2 rus diplomatı ölkədən deportasiya etmişdi.