Rusiya uşaq ombudsmanı: "Kareliyada həlak olanlar arasında yetim uşaqlar olub"

Rusiyada Syamozer su hövzəsində  baş verən qəzanın dəhşətli təfərrüatları bəlli olub.
Turaninfo.az-ın TASS agentliyinə istinadən bildirir ki, Rusyanın Kareliya vilayətində Syamozer gölündə qayığın devrilməsi nəticəsində həlak olanlar  arasında yetim uşaqlar olub.
Xəbəri Rusiyanın uşaq hüquqları üzrə nümayəndəsi Pavel Astaxov da təsdiq edib.
Astaxov bildirib ki, həlak olan uşaqlar çox güman ki ailələr tərəfindən qəyyumluğa götürülənlər olublar.
Xatırladaq ki, bu gün Rusiyanın Kareliya vilayətinin Pryajinsk rayonunda “Park otel Syamozero” sağlamlıq düşərgəsində dincələmək üçün gedən uşaqıarın qayıq gəzintisi zamanı, qayıq devrilib.
Qayığın içindəki 13 uşaq və bir təlimatçı həlak olub.
Faktla bağlı cinayət işi açılıb.
Faciə ilə bağlı günahkar şəxslərin axtarışına və həbsinə yönəlik tədbirlər başlayıb.