Rusiya Türkiyəyə təyyarələr göndərir

Hava yolları şirkətlərimiz Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi üçün Türkiyəyə təyyarələr göndərəcək.
 Axar.az xəbər verir ki, bunu Rusiya Federal Aviasiya Agentliyinin sədr müavini Sergey İzvolski deyib.
 “Buradakı şirkətlər Türkiyəyə boş təyyarələr göndərəcək. Rusiya vətəndaşları həmin təyyarələr vasitəsilə ölkəyə qayıda bilərlər. Reyslərin tarixini nümayəndəliklərimizdən öyrənə bilərsiniz. Hazırda Türkiyəyə yalnız “Rossiya”, “Aeroflot” və “THY” şirkətlərinə məxsus təyyarələr uçur”, - İzvolski deyib.
 Qeyd edək ki, Türkiyədə çevrilişə cəhd zamanı bütün aviareyslərin hərəkəti dayandırılmışdı.