Rusiya Türkiyəyə başsağlığı verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Van və Elazığ vilayətlərində baş verən terror aktına görə rəsmi Ankaraya başsağlığı verib.
 
Axar.az xəbər verir ki, XİN sözçüsü ölən və yaralananlar arasında Rusiya vətəndaşı olmadığını deyib:
 
“Türk xalqına və həmkarlarımıza, hücum zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların qısa zaman ərzində sağalmasını diləyirik”.
 
Xatırladaq ki, Vanda baş verən partlayış zamanı 8 nəfər, Elazığda Təhlükəsizlik İdarəsinin binası qarşısında törədilən partlayış nəticəsində isə 3 polis şəhid olub, 217 nəfər yaralanıb.