Rusiya: "Türkiyəni Soçiyə çağırdıq"

Rusiya tərəfi Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Soçidə baş tutacaq Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısına dəvət edib. Burada ikilitərəfli görüş həyata keçirilə bilər.
 Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nəzdindəki Diplomat Akademiyasının türkoloqu Nina Belyakova deyib.
 “Qara dəniz Rusiya və Türkiyə arasında sərhəd sayılır. Hər iki tərəfin burada maraqları var. Bu təşkilat iqtisadi mahiyyət kəsb etdiyi müddətcə siyasi və hərbi müzakirələr aparılmayacaq. Bəzi üzv ölkələr arasında problemlərə baxmayaraq, təşkilat fəaliyyətini davam etdirir. Çünki daxili nizamnamə bunu tələb edir”, - Belyakova bildirib.