​Rusiya Türkiyə ilə bağlı qadağanı ləğv etdi

 
Rusiya hökuməti Türkiyə ilə çarter uçuşları qadağasını ləğv edib.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Aviasiya Qurumu məlumat yayıb.
 
“Türkiyə ilə çarter uçuşları qadağası bu gün aradan götürülüb. Bununla maraqlanan bütün hava yolu şirkətləri bizə müraciət edə bilərlər”, - məlumatda bildirib.
 
Qeyd edək ki, ötən ilin noyabrın 24-də Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Moskva sözügedən qadağanı tətbiq etmişdi.