​Rusiya-Türkiyə birliyi çat verəcək? – Putini Ankaraya aparan SƏBƏBLƏR

 
Rusiya prezidenti Vladimir Putin Ankaradadır. O, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
Görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, enerji sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə ediləcək.
 
A24.Az xəbər verir ki, Putinin Ankara səfərini şərh edən politoloq Elxan Şahinoğlu bir sıra maraqlı məqamlara toxunub.
 
 
 
“Rusiya prezidenti Türkiyəyə Suriyadan getdi. Bu, Ərdoğan üçün sürpriz idi. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi”, – deyə politoloq qeyd edib.
 
O, həmin məqsədləri belə açıqlayıb:
 
“Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə Cumhurbaşqanının Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək”.
 
E.Şahinoğlu İŞİD üzərində qələbənin hələ məsələnin bitdiyi anlamına gəlmədiyini bildirib.
 
“Rusiya və Türkiyə Suriyada İŞİD üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən Suriyada indi yeni dövr başlayır. Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə, Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”, – deyə politoloq əlavə edib.
 
A24.Az
 

Загрузка...
Загрузка...