Rusiya Trampla danışıqlara başladı

 
 
Rəsmi Moskva ABŞ-ın yeni Prezidenti Donald Trampa həqiqətən yardım edəcək insanlarla danışıqlara başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
 
“İndi dönüş nöqtəsidir. ABŞ rəhbərliyinə Prezident Donald Trampın komandası gəlir. Biz indi Trampa həqiqətən də kömək edəcək insanlarla əlaqələrə başlamışıq”, - nazir müavini əlavə edib.
 
Rusiya rəsmisi hesab edir ki, bundan sonra Suriya böhranının həllində ABŞ yeni mövqe sərgiləyəcək:
 
“Biz ümid edirik ki, ABŞ-ın əvvəlki, eləcə də yeni administrasiyası Rusiya ilə dialoq qurulmadan Suriya böhranının həllinin mümkün olmayacağını anlayacaq”.
 
Qeyd edək ki, Kreml rəhbəri Vladimir Putin noyabrın 9-da Trampı təbrik etmişdi.
 
Rusiya XİN-i isə 10 noyabrda yaydığı açıqlamada respublikaçı prezidentlə hələ seçkidən əvvəl əlaqələrin yaradıldığını vurğulamışdı.