Rusiya terrorçuları ermənilərə köməyə göndərir - Timçuk

Qondarma Donetsk Xalq Respublikasının terrorçuları Dağlıq Qarabağdakı döyüşlərdə iştirak etməyə hazırlaşır.
 Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində ukraynalı deputat Dmitri Timçuk paylaşıb. Onun sözlərinə görə, Donetskdən artıq Rusiyanın Sankt-Peterburqdakı bazasına yerli əhalidən təşkil olunmuş 300 nəfər döyüşçü göndərilib:
 “Döyüşçülərin geyimində iki lentli tünd yaşıl bayraq var və bu bayrağın üstündə erməni dilində söz yazılıb. Döyüşçülər arasında yayılan məlumata görə, bu komanda Rusiya Baş Kəşfiyyat İdarəsinin bazasında təlim keçəcək. Daha sonra onlar Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edəcək. Bu komandanın daşınması 23 və 55 taktiki işarəli “Ural” avtomobilləri ilə həyata keçirilir”.