"Rusiya Suriyadakı qətliamlarda suç ortağıdır" - Türkiyə XİN-dən kəskin bəyanat

Türkiyənin Xarici İşlər Nazirliyi  Əsəd rejimini Suriyanın Binniş rayonunda nazarı bombalamasına görə sərt şəkildə ittiham edib.
 Avropa.info xəbər verir ki, XİN-in yaydığı yazılı açıqlamada  İdlib vilayətinin Binniş rayonundakı bazara təşkil olunan hava hücumu alçaqlıq adlandırılıb.
 "Rejim insanlığa qarşı törətdiyi cinayətləri çəkinmədən davam etdirir. Təbii ki, bütün bunlarda rejimin Rusiya başda olmaqla yandaşlarından aldığı dəstək böyük rol oynayır. Xüsusilə də Rusiya bu cinayətlərdə suç ortağıdır. ABŞ və Rusiyanın Suriyadakı qarşıdurmaların dayandırılması haqda anlaşmanın Hələbi də əhatə edəcəyi barədə razılaşdırmadan sonra, rejimin belə bir addım atması onun daha da həvəsləndiyinin göstəricisidir. Lakin, rejim və yandaşlarının cinayətləri cavabsız qalmayacaq" deyə bəyanatda qeyd olunur.