Rusiya qonşusuna qarşı ən təhlükəli silahları işə salacaq - SOS - VİDEO

Rusiyanın Krım yarımadasında yerləşdirdiyi “Triumf” S-400 zenit-raket komplekslərinə Ukrayna üçün birbaşa təhdid kimi baxmaq lazım deyil.
Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin “Cənub” hərbi-hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovskiy deyib.
Onun sözlərinə görə, yarımadada Ukrayna üçün daha təhlükəli silahlar var.
“S-400-lər heç kəsi hədələmir. Bu zenit-raket kompleksləri hava hücumuna qarşı müdafiə üçün nəzərdə tutulub. Onların təyinatı obyektləri hava hücumundan qorumaqdır. Onlara kimisə hədələyən hücum silahları kimi baxmaq olmaz”, - o bildirib.
V.Krıjanovskiy qeyd edib ki, döyüş aviasiyası və hərbi dəniz donanması Ukrayna üçün ən böyük təhdid təşkil edir:
“Rusiya texniki avadanlıq baxımından bizi əhəmiyyətli dərəcədə qabaqlayır. Məsələn, suüstü və sualtı gəmilərdə yerləşdirilmiş raketlər S-400-lərlə müqayisədə daha təhlükəlidir. Aralıq dənizində olan gəmilərdə yerləşdirilən “Kalibr” qanadlı raketlərlə Suriyaya zərbələr endirirdilər”.
Daha əvvəl Ukraynanın Razumkov Mərkəzinin (Razumkov Center Ukraine) əməkdaşı, politoloq Aleksey Melnik bildirib ki, Krımda S-400 zenit-raket kompleksinin yerləşdirilməsi Rusiyanın Ukraynaya zərbə vurma ehtimalının yüksək olmasının sübutudur. O, bunu müdafiə xarakterli addım olmadığını vurğulayıb.

Загрузка...
Загрузка...