​Rusiya Qafqazda böyük ordu birlikləri cəmləşdirir

 
Rusiya Qərb, Mərkəz və Şimal Hərbi dairələrindəki böyük ordu və hərbi dəniz qüvvələrinin birləşmələrinin bir qismini Cənub Hərbi Dairəsindəki poliqon və aerodromlara yerləşdirib.
 
APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya Departamenti məlumat yayıb.
 
Hərbi birləşmələrin qəfil yerdəyişməsi Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə və sentyabrda keçiriləcək Qafqaz-2016 strateji təlimi çərçivəsində həyata keçirilir. Hərbi birləşmələrin yerdəyişmə prosesi avqustun 25-dən başlanıb və avqustun 31-dək davam edəcək.