Rusiya polisi 20 ton banan oğurlamış azərbaycanlını axtarır

Aprelin 14-də Sankt-Peterburqdakı Kanonerski Gəmi Təmiri zavodunun ərazisindən 20 ton banan oğurlanıb.
Turaninfo.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şübhəli şəxs meyvələri "Volvo" markalı avtomobildə çıxarıb.
Nəqliyyat polisindən məlumat veriblər ki, maşının sürücüsü Lobnya şəhərində qeyddiyyatda olan 57 yaşlı azərbaycanlıdır.
Hazırda mütəxəsisslər dəymiş ziyanın miqdarını dəqiqləşdirirlər. Polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.