Rusiya “Pandorra qutusu”nu açdı – Qorbaçovun müşaviri

 
Krım və Donbasda, ondan əvvəl isə Abxaziya və Cənubi Osetiyada baş verənlər 1991-ci ildə SSRİ-nin süqutundan sonra postsovet məkanında yaranmış vəziyyətdən tam fərqlənir.
 
Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında SSRİ-nin son prezidenti Mixail Qorbaçovun keçmiş müşaviri Viktor Mironenko söyləyib.
 
“Ən böyük problem yeni müstəqil dövlətlər, özəlliklə də Rusiyanın dövlət administrasiyası ilə bağlıdır. Moskva SSRİ-nin süqutundan sonra mövcud olan sərhədlərin pozulması haqqında prinsipi şübhə altına qoyub. Bu təhdiddir. Bu, bütün Avropa və hətta dünya üçün “Pandorra qutusu”nun açılmasıdır”, – deyə o bildirib.

Загрузка...
Загрузка...