Rusiya Ordusunun İŞİD-ə ən böyük 5 zərbəsi - VİDEO

 
Noyabrın 15-də rusiyalı hərbçilər Suriyanın  İdlib və Homs şəhərlərində İŞİD və Cəbhət ən-Nusra terror təşkilatlarının mövqelərinə  zərbələrə başlayıb. Bu barədə Serqey Şoyqu elan tmişdi. Genişmiqyaslı  döyüş fəaliyyətlərində  HDF tarixində ilk dəfə olaraq «Admiral Kuznestsov» aviadaşıyıcısı iştirak edib. Onun göyərtəsindən Su-33 təyyarələri  müəyyən olunmuş hədəflərə yollanıb.
 
Life-a istinadən Rusiya HDQ və HKQ-nin Suriyada  terrorçuların belini qıran 5 ən güclü zərbənin videokadrlarını təqdim edirik.
 
1. Yeraltı bunkerlərin məhvi
 
 
30 sentyabr 2015-ci ildə Rusiya HKQ  Suriyada  terror  təşkilatlarının  mövqelərinə  ilk böyük zərbəni endirib. Əməliyyatın ilk həftəsində rusiyalı  aviaqrupp  112 obyekti, o cümlədən  yeraltı  komanda məntəqələrini məhv etdi
 
2. «Kalibr»lərlə hücum
 
 
2015-ci ilin oktyabr ayı. RF HDF-nun Həzər Flotunun 4 gəmisi – «Daqestan», raket gəmsi, «Qrad Sviyajsk» kiçik raket gəmisi və «Velikiy Ustyuq» döyüş  fəaliyyətlərinə cəlb olunmuşdu. Onlar Xəxər  dənizi akvatoriyasından 26 «Kalibr» qanadlı raketi buraxaraq Suriya ərazisində 11 hədəfi məhv etmişdi. Noyabrın 20-də Xəzər Flotunun gəmiləri daha 18 qanadlı raket buraxaraq 7 hədəfi məhv etmişdi.
 
3 Benzindaşıyan maşın karvanının məhvi
 
 
2015-ci ilin 6-18 noyabr tarixlərində Su-34 qırıcı bombardmançıları neft emalı obyektlərinə hərbələr endirməyə başladılar. Gəlinmiş qərara uyğun olaraq  döyüş təyyarələri neftdaşıyan avtomobil sisternlərinin «azad ovuna» çıxdılar. İki gün ərzində  Rusiya aviasiyası 500 benzindaşıyan avtomobili məhv etmişdi.
 
4.Strateji aviasiyanın zərbələri
 
 
2016-cı ilin iyul ayının əvvəllərində Rusiya Hərbi Kosmik Qüvvələrinin Tu-95 və Tu-160 uzaqmənzilli bombardmançıları İŞİD obyektlərinə qanadlı raketlər vasitəsi ilə iki güclü zərbə endirir. Palmiranın şərqində olan rayonlarda terrorçuların texnikaları və canlı qüvvələri havadan hücuma məruz qaldılar. Nəticədə silahlıların səhra düşərgəsi, idarəetmə məntəqəsi və neft emalı üçün iki məntəqəsi məhv edildi.
 
5. İran ərazisindən aviahücum
 
 
 
 
2016-cı ilin avqust ayı. Rusiyanın uzaqmənzilli  Tu-22m3 uzaqmənzilli təyyarələri ilk dəfə İranın Həmədan aviabazasından uçuş həyata keçirmişdi. İŞİD-in Hələb, Deyr –əz-zor və İdlibdəki  obyektləri  hava hücumuna məruz qaldı. Döyüş sursatları, silahlar və yanacaq-sürtkü materialları üçün anbarlar, həmçinin terrorçu hazırlayan düşərgə məhv edilmişdi./faktxeber

Загрузка...
Загрузка...