Rusiya neft nəhəngi Bərzani ilə irihəcmli müqavilə bağladı.. -Türkiyəyə arxadan zərbə?

Putinin perspektiv rəqibi sayılan “Rosneft” rəhbəri İraq dövlətinin etirazlarını da qulaq ardına vurdu...
 
 
 
Rusiyanın neft nəhəngi –“Rosneft” və Şimali İraq Kürdüstan muxtariyyətinin rəhbərliyi bölgədə neft kəmərinin birgə istismarı haqda  irihəcmli müqavilə bağladı.
 
Moderator.az  xəbər verir ki, bu haqda  Rusiya şirkətinin saytında  bu gün səhər məlumat yayılıb.   “Rosneft” layihədəki payı 60 faiz olacaq. Qazancın qalan hissəsi isə neft kəmərinin hazırkı operatoru olan və Məsud Bərzaninin nəzarət etdiyi “KAR Group” şirkətinə çatacaq. 
 
Xatırladaq ki, bir gün əvvəl  İraqın neft naziri rəsmi Bağdadla razılaşmadan Kürdüstanla hər hansı bir anlaşmanı qanunsuz saydığını bəyan etmişdi. “Rosneft”in rəhbəri İqor Seçin isə deyib ki, bu layihə şirkətin strateji məqsədlərinə çatmasına şərait yaradacaq, eyni zmanda neftin son istehlakçılara, ö cümlədən “Rosneft”in  Almaniyadakı neft emalı zavodlarına  nəql edilməsinin effektivliyini artıracaq.
Bir müddət öncə “Rosneft” rəhbərliyi İraq Kürdüstanında qaz kəməri tikintisi haqda da danışmşdı. Bununla belə,  Rusiya şirkətinin rəhbəri  bildirib ki,  bu layihələrə maraq sırf praktiki xarakter daşıyır.
P.S. Rusiya şirkətinin  bu addımının İraq Kürdüstanındakı son referendum qalmaqalından sonra  Türkiyə ilə münasibətlərə necə təsir edəcəyi maraqlıdır... Onu da qeyd edək ki,  sentyabrın əvvəllərində “Qazprom”la da ciddi rəqabətdə olan “Rosneft” rəhbəri İqor Seçinin Rusiyanın hazırkı lideri V.Putinə hər an rəqib ola biləcəyi haqda informasiyalar yayılmışdı.
 
Sultan Laçın

Загрузка...
Загрузка...