Rusiya neft hasilatını artırıb

Rusiyada 2016-cı ilin birinci rübündə neft və qaz-kondensat hasilatı artıb.
Turaninfo.az  TASS-a istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hasilat 3,1% artaraq 135,424 milyon ton təşkil edib.
Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi qeyd edir ki, bu ilin mart ayında neft hasilatı 2,1% artaraq 46,149 milyon ton təşkil edib.