Rusiya NATO-nun batalyonlarına diviziyalarla cavab verdi

Rusiya sərhədlərinə yerləşdirilən NATO qüvvələrinə qarşılıq olaraq Rusiya iki yeni diviziya yaradacaq.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib. Diviziyalardan biri Qərb, digəri Cənub dairəsində formalaşdırılacaq.
Diviziyaların yaradılması ilin sonuna kimi yekunlaşacaq. Hal-hazırda onların dislokasiya yeri seçilir.
Üç yeni divizyanın yaradılması haqda Şoyqu hələ yanvar ayında məlumat vermişdi. Məlum olub ki, yeni motoatıcı birləşmə Rostov-na-Donu vilayətində, digərləri Smolensk və Voronejdə yerləşdiriləcək.
Hər diviziya 10 min nəfərdə ibarət olacaq.
Xatırladaq ki, daha əvvəl NATO Rusiya ilə həmsərhəd üzv ölkələrdə hərbi kontingenti 4500 nəfərə çatdırmaq haqda qərar qəbul etmişdi.