​“Rusiya nə əmr etsə, o da yerinə yetiriləcək” – Mövqe

 
Mənə elə gəlir ki, söhbət ilk növbədə Türkiyənin bu təşkilatla əməkdaşlığından gedir.
 
Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin açıqlamasını Teleqraf.com-a şərh edən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
 
O, qeyd edib ki, Türkiyə Avropa İttifaqının gömrük rejiminə daxildir: “Türkiyənin ən böyük tərəfdaşları məhz Avropa ölkələridir. Düzdür, Türkiyə Avropa İttifaqının üzvü deyil. Ancaq Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq daha real görünür”.
 
Artıq Ermənistanın Türkiyənin quruma üzvlüyünün əleyhinə çıxdığını vurğulayan A.Mollazadə qeyd edib ki, türk nazirin verdiyi bəyanat, sadəcə, ilkin yoxlama xarakteri daşıyır: “İnanmıram ki, Türkiyə tərəfdən ciddi addım atılsın”.
 
Ermənistanın hər zaman Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına can atdığını xatırlatdan A.Mollazadə deyib: “Əslində, Ermənistan oyun oynayır. Ermənistan müstəqil dövlət deyil ki, onun hansısa qərarlarının, bəyanatlarının əhəmiyyəti olsun. Rusiya nə əmr edəcəksə, Ermənistan da onu yerinə yetirəcək”.
 
Qeyd edək ki, N.Zeybəkçi Avrasiya İqtisadi İttifaqı ilə bağlı açıqlama verib. Nazir ölkəsinin bu qurumla anlaşma sazişi imzalamaq niyyətində olduğunu deyib. Belə ki, İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara ittifaqla gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa İttifaqı ilə analoji sazişə mane olmasın”, – Zeybəkçi əlavə edib.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...