Rusiya: "Kürdlərin iştirakı mütləqdir"

Kürdlərin iştirakı olmadan Suriya danışıqlarının aparılması mümkün deyil.
Turaninfo.az  RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib.
 Onun sözlərinə görə, danışıqlar Suriya kürdlərinin iştirakı olmadan aparılarsa, əldə olunan uğur uzunömürlü olmayacaq:
 “Rusiya tərəfi hər zaman kürdlərin Suriya danışıqlarındakı iştirakının labüdlüyünü qeyd edib. Danışıqların ikinci mərhələsində Suriya kürdlərinin iştirakı mütləqdir”.