​Rusiya kürdləri seçdi: “Türkiyə bombardmanı...”

 
Biz Türkiyə Hərbi Hava Qüvvələrinin kürdlərin məskunlaşdığı Suriya ərazilərini bombardman etməsindən narahatıq.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
 
Onun sözlərinə görə, Suriya öz hava məkanı üzərində tam suverenliyə sahibdir:
 
“Türkiyə beynəlxalq koalisiyanın üzvüdür. Bu koalisiya İŞİD və Nüsrə Cəbhəsi ilə mübarizə üçün yaradılıb. Ümid edirəm ki, ABŞ bu koalisiyanın rəhbəri kimi elan edilən məqsəddən yayınmamaq üçün hər şeyi edəcək”.
 
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatını keçirir. Rəsmi Ankara bu əməliyyatın İŞİD və PKK terror təşkilatları ilə mübarizə üçün təşkil edildiyini bəyan edib.