Rusiya kürdlərə zenit qurğuları verdi - Türkiyə-Rusiya böhranı dərinləşir

Rusiya İraq rdlərinə zenit qurğuları sursat verib.
Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın Ərbildəki konsul məsləhətçisi Yevgeni Arjantsev məlumat verib. Bunadək Federasiya Şurasında təklif etmişdilər ki, Türkiyənin etirazlarına baxmayaraq, Suriya kürdlərinə də silah verilsin.
Arjantsev bildirib ki, kürdlər beş Zu-23-2 zenit qurğusu və onların atəş açması üçün 19 min mərmi alıblar. Hərbi ekspert, ehtiyatda olan general-polkovnik Leonid İvaşov deyib ki, bunlar sovet dövründən qalma köhnə silahlardır.
“Onlar müasir təyyarə vura bilməzlər, ancaq yerüstü zirehli hədəflərə və canlı qüvvəyə qarşı çox effektivdirlər. Zenit qurğuları köhnə model vertolyotları da vura bilərlər”
Mütəxəssislər silahların istifadədə və təmirdə rahat olduğunu qeyd edirlər. Arjantsevin sözlərinə görə, Ərbildəki konsulluq bundan sonra da kürdlərə silah verməyə davam edəcək.
İraq kürdlərinə silah verilməsi xəbərini şərh edən Federasiya Şurasının xarici işlər üzrə komitəsinin üzvü İqor Morozov deyib ki, YPG-yə də silah vermək lazımdır.
“O ki, qaldı Ərdoğana və onun siyasətinə bu bizi ən az maraqlandıran şeydir. Belə ki, bombardmançı təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlərinin ən pis dövrünü yaşayır. Buna səbəbdən əhəmiyyət verməməliyik” deyə bildirib.
23 mm-lik Zu-23-2 zenit qurğusu 1960-cı ildə istifadəyə qəbul olunub. Dəqiqədə 2000 atəş aça bilir. Çəkisi 950 kq, vurma hündürlüyü 1,5 km, vurma uzaqlığı 2,5-km-dir.