Rusiya kəşfiyyatı silah tacirlərinin böyük şəbəkəsini ifşa etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi silahların qanunsuz dövriyyəsinə cəlb olunan qrupların və şəxslərin fəaliyyətinin qarşısını alıb.
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib.
Ölkənin 21 regionunda silah satışı, istehsalı və müasirləşləşməyə cəlb olunmuş 62 vətəndaşda axtarışlar aparılıb.
“Nəticədə Rusiya və xarici istehsalı olan odlu silahın 181 vahidi qanunsuz dövriyyədən çıxarılıb”, - xəbərdə qeyd edilir.
Silahların böyük hissəsi Ukraynadan satış üçün gətirilib. Xəbərə görə, döyüş sursatlarının istehsalı üzrə 8 emalatxananın fəaliyyəti dayandırılıb. Hazırda cinayət işlərinin qaldırılması haqqında məsələ həll edilir.
Ömər Dağlı

Загрузка...
Загрузка...