Rusiya kanallarının yayımı dayandırıla bilər

“AG Telecom” şirkəti (“KaTV1” ticarət nişanı) kabel televiziyası Azərbaycana qarşı təxribat və təhqirə yol verən xarici kanalların yayımını dayandıra bilər. “Bu şirkətin başda duran prinsiplərindəndir”, deyə “KaTV1” şirkətindən “Report”a bildirilib.
“Biz imkan daxilində xarici kanalları izləyirik. Azərbaycana qarşı hər hansı bir təxribat və ya təhqir xarakterli material yayımlayan xarici kanalların yayımını dayandırırıq. Lakin belə hallar davamlı olaraq baş verərsə, biz həmin kanalı dayandırıb, onu yenisi ilə əvəz edə bilərik”, deyə şirkətın açıqlamasında qeyd edilib.
“Caspian Telecom” şirkətindən (“Ailə TV” ticarət nişanı) isə bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü, tarixi və ya başqa dövlət əhəmiyyətli məqamları xarici telekanallarda təhqir olunduğu halda həmin telekanalın yayımını dayandırmağa hazırdır: “Hər hansı bir telekanal Azərbaycana qarşı informasiya təxribata yol verərsə, şirkətimiz həmin telekanalın yayımını dayandırmağa və ya digəri ilə əvəz etməyə hazırdır. Bu kimi hallar əsasən Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə razılaşdırılır”.
Qeyd edək ki, Azərbaycanın işğal altında olan ərazilərində gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq hər iki kabel televiziyası şəbəkələrində yayımlanan musiqili və əyləncəli telekanalların yayımı müvəqqəti dayandırıb.
Xatırladaq ki, bu gün həm baş nazitin müavini Əli Əhmədov, həm də Mətbuat Şurası Azərbaycanda yayımlanan Rusiya tv-lərini təxribatçılıqda ittiham edib. (report)