Rusiya kanalında azərbaycanlı jurnalistlə erməni ekspert ƏLBƏYAXA oldu – VİDEO (YENİLƏNDİ)

 
Rusiyanın “Zvezda” telekanalında yayımlanan “Porses” siyasi tok-şousunda qalmaqal baş verib.
Publika.az xəbər verir ki, Türkiyə-Rusiya münasibətlərinin müzakirə olunduğu proqramda azərbaycanlı jurnalist Fuad Abbasov erməni ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub.
Hadisəyə səbəb erməni ekspertin Türkiyə ilə bağlı səsləndiyi təhqiramiz fikirlər olub.
Hadisənin görüntülərini Feysbuk səhifəsində yerləşdirən azərbaycanlı jurnalist yazıb ki, 2015-ci ildə Türkiyə və Rusiya arasında münasibətlər pisləşəndə bundan yalnız okeanın o tayındakı güclər istifadə etməyiblər. Onun sözlərinə görə, həm də Rusiyanın daxili “faktorları” heç vaxt son illərdə Türkiyə və Rusiya arasında yaxşı münasibətləri həzm edə bilmirdilər.
“İki il əvvəl onlar birbaşa yayımda türk liderlərini təhqir etməyi və Türkiyə ərazisini bombardman etməyi təklif etməyi özlərinə rəva görürdülər. Rusiya kanallarında müzakirələr zamanı türk ekspertlərinin fikirlərini sakitcə kəsə bilirdilər. İki il keçdi və bu gün iki ölkə arasında münasibətlər inkişaf edir, amma bəzi güclər iki ölkə arasında münasibətləri hər cür korlamağa cəhdlər edirlər. Onlar KİV vasitəsilə Rusiyanın ictimai şüuruna təsir yolu ilə Rusiyanın Türkiyə ilə bağlı siyasətini Moskva üçün zərərli tədqim etməyə çalışırlar. “Ulduz” kanalında “Proses” proqramı zamanı baş verən hadisə son damcı oldu... Burada məsələ hətta milliyyətdə deyil. Terrorçularda olduğu kimi təhrikçilərdə nə milliyyət, nə din, nə də vicdan var”, - Fuad Abbasov yazıb.
Onun sözlərinə görə, türkfobiyası olan “ekspertlər” həmçinin anlayır ki, Rusiya-Türkiyə münasibətləri heç vaxt əvvəlki vəziyyətə qayıtmayacaq.

Загрузка...
Загрузка...