Rusiya İŞİD-ə məxsus obyektləri vurdu

 
Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığında İŞİD-ə məxsus obyektlərə Rusiyanın altı “Тu-22М3” bombardmançı təyyarəsi ilə zərbələr endirilib.
 
Axar.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
 
Nəticədə çox sayda İŞİD döyüşçüsünün öldürülməsi ilə yanaşı, terrorçuların iki idarəetmə məntəqəsi, altı böyük silah-sursat anbarı, iki tankı, dörd hərbi piyada maşını, irikalibrli silahı olan yeddi yolsuzluq avtomobili sıradan çıxıb.