​Rusiya imperiyasına qarşı döyüşürük - Biznesmen

 
Krım üçün hər birimiz mübarizə aparmalıyıq.
 
Axar.az xəbər verir ki, bunu Ukraynanın məşhur biznesmesi Lenur İslamov deyib.
 
“Biz mühasirə zamanı yeniliklər öyrəndik. Mühasirə bizi sərtləşdirdi. Biz Krımın Rusiya tərəfindən işğal edilməsinə qarşı savaşırıq. Biz Rusiya imperiyasına qarşı döyüşürük. Bu səbəbdən onların bizim şərtlərimizi yerinə yetirməyəcəklərini bilirdik. Lakin biz yenə də tələblərimizi bildirdik”, - İslamov deyib.
 
Qeyd edək ki, Lenur İslamov Krımın blokadasının əsas təşkilatçılarından biridir.