Rusiya ilə müharibəyə HAZIRLAŞIN! - ABŞ-dan ŞOK SİQNAL

Baxış sayı: 
182

“ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov bildirib.
“ABŞ Ukraynaya ölümcül silah çatdırmaqla bağlı qərar verərək Kiyevə aydın şəkildə siqnalı ötürür ki, münaqişənin hərbi həlli üzrə cəhdini dəstəkləyəcək. Volker (Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker –red.) məzuniyyətə gedə bilər”, - komitə başçısı Tvitterdə yazıb.
Daha əvvəl isə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin başçısı Konstantin Kosaçev ABŞ-ın qərarını müharibənin xeyrinə qəbul edilmiş addım adlandırıb.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin hesab edir ki, Ukraynaya silahların çatdırılması barədə ABŞ-ın qərarı Kiyevdəki “müharibə partiyası”nı həvəsləndirir. Onun sözlərinə görə, ABŞ-ın qərarı Ukrayna hakimiyyətini güc ssenarisinə itələyir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya letal (ölümcül) silahların, həmçinin “Javelin” tank əlehinə raketlərin verilməsini bəyənib. Bu haqda Amerika məmurlarına istinadən “Assoşieyted Press” agentliyi bildirib.
"ABC News" telekanalının xəbərinə görə, söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir.
Qanunvericiliyə uyğun olaraq prezident silahların çatdırılması barədə planı Konqresə göndərəcək. Konqres bir ay müddətində ona baxmalıdır.
Dekabrın 22-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib ki, Vaşinqton ərazi bütövlüyü və müstəqilliyin müdafiəsinin təminatı üçün Ukraynaya müdafiə silahlarının çatdırılması haqqında qərar qəbul edib.
Daha əvvəl yayılan xəbərə görə, Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.
Ukraynanın şərqində separatçıları dəstəkləyən rəsmi Moskva isə ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.
 
Ömər Dağlı

Загрузка...
Загрузка...