​Rusiya ilə GƏRGİNLİK ARTIR – “ABŞ cinayət ortağıdır”

Baxış sayı: 
182

 
 
Muxalifət.az xəbər verir ki, ABŞ-ın Ukraynaya müdafiə məqsədli müasir silah sistemləri satmaq qərarınıın Donbasda gərginliyi artıracağı gözlənilir.
ABŞ-ın Ukraynaya “müdafiə məqsədli inkişaf etdirilmiş silah sistemləri” satmaq qərarının ölkənin şərqindəki böhranla bağlı yeni hadisələri də özü ilə gətirəcəyi bildirilir. Bu qərar ilə Ukraynaya ABŞ tərəfindən silah satılması məhdudiyyəti aradan qaldırılmış oldu.
Ukraynaya 47 milyon dollarlıq silah satışı çərçivəsində 210 ədəd anti-tank raketi və 35 raket atıcı qurğusu satılacaq. Ukraynanın ABŞ istehsalı olan Barett M107 snayperlərini də bu sövdələşmə çərçivəsində ala biləcəyi iddiaları irəli sürülür. Satılacaq sistemlər arasındakı anti-tank raketlərinin isə Amerikanın “Javelin” sistemlərinə məxsus olduğu qeyd edilir.
ABŞ-ın silah satışı qərarının Donbasdakı gərginliyi artıracağı gözlənilir. 2014-cü ildən bəri ölkənin şərqində separatçı qruplar ilə Ukrayna ordusu arasında mübarizə davam etdirilir.
Ukrayna prezidenri Petro Poroşenko silah satışı qərarına görə ABŞ-a təşəkkürünü bildirərək, qərarı “Ukrayna torpaqlarının işğalının davam etməsinə, Moskvanın Donbasa ağır silah sövq eləməsinə qarşı ABŞ-ın reaksiyası” kimi dəyərləndirib.
Poroşenko deyib: “ABŞ silahları ukraynalıların əlində hücum üçün deyil, hücumçuya qəti şəkildə cavab vermək üçün olacaqdır. Eyni zamanda silahlar BMT razılaşmasının 51-ci maddəsinə uyğun olaraq təsirli bir müdafiə üçün istifadə ediləcək. Bu, eyni zamanda rusiya hücumçuluğu virusuna qarşı transatlantik bir peyvənddir”. Poroşenko bu silahların müdafiə məqsədilə ölkənin şərqində də istifadə ediləcəyinə işarə edib.
Rusiya isə tamamilə fərqli mövqedədir. RF XİN rəhbərinin müavini Sergey Ryabkov ABŞ-ın Ukraynaya zərərverici silahlar verməklə sərhədi aşdığını, artıq Amerika şirkətlərinin silah satışını ticarət müqavilələri çərçivəsində sakitliklə deyil, dövlət səviyyəsində həyata keçirdiyini bildirib: “Vaşinqton özünü vasitəçi kimi təqdim etməyə çalışır, lakin o, vasitəçi deyil, müharibəni körükləyən cinayət ortağıdır”. /Hurriyyet.org/

Загрузка...
Загрузка...