Rusiya ilə Ermənistanı birləşdirən yol bağlanıb

Rusiyanı  Cənubi Qafqazla  birləşdirən Hərbi Gürcüstan yolu pis hava şəraiti ilə əlaqədar bağlanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gecə yerli vaxtla saat 02:00-dan Hərbi Gürcüstan yolu bağlanıb.
Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Gürcüstan üzərindən Ermənistanla birləşdirir.