Rusiya hücuma keçdi: İŞİD Rakkanı boşaldır

Rusiya və Suriya hava qüvvələri Rakkada əməliyyat keçirib.
 Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, hava zərbələri nəticəsində terrorçulara məxsus xeyli hərbi avtomobil və qərargah məhv edilib.
 Bu arada Suriya hökumətindən bir qaynaq Kabakeb və əl-Tim neft quyuları yaxınlığında quru əməliyyatına start verildiyini açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat nəticəsində terrorçular Rakkanı boşaltmağa başlayıb.