Rusiya hərbi təyyarələri ABŞ gəmisi yaxınlığından "aqressiv uçuş edib"

İki Rusiya təyyarəsi demək olar ki, on dəfə ABŞ-ın raket dağıdıcı gəmisinin yaxınından uçub, ABŞ rəsmiləri bildirir.
Baltik dənizinin beynəlxalq sularında uçan Sukhoi SU-24 hərbi təyyarələrində silah görünmədiyi üçün gəmilər heç bir tədbir görməyib.
Rəsmilərdən biri bazar ertəsirbi gəmi və çərşənbə axşamı baş verən hadisəni "son günlərin ən aqressiv hərəkəti" adlandırıb.
USS Donald Cook gəmisinin komandiri uçuşları "süni hücum" kimi qeyd edib.
Uçuşlar "təhlükəli, potensial təxribat xarakterli" olub və "hər hansı qəzaya səbəb ola bilərdi", rəsmilər şərh edib.
Reaktiv təyyarələr bir anlıq gəmilərə 9 metr yaxınlığından uçaraq gəminin ətrafında suyu dalğalandırıb.
Baş vermiş hadisə dənizdə təhlükəli halların qarşısını almaq üçün 1970-ci ildə əldə olunan sazişi pozmuş ola bilər, ancaq ABŞ-ın hələ bununla bağlı etiraz edib-etməyəcəyi bəlli deyil.
Rusiyanın KA-27 helikopteri aprelin 12-də, alçaq səviyyədə ABŞ hərbi gəmisinin ətrafında bir neçə dəfə dövr vurubImage copyrightUS Navy
Rusiyanın KA-27 helikopteri aprelin 12-də, alçaq səviyyədə ABŞ hərbi gəmisinin ətrafında bir neçə dəfə dövr vurub
Görüntülərə əsasən, Rusiya hərbi təyyarələri yeddi dəfə gəminin yaxınlığından uçub.
Rusiya hərbi təyyarələri uçduğu ərəfədə USS Donald Cook hərbi gəmisində Allied hərbi təyyarələri ilə göyərtəyə eniş təlimləri həyata keçirilirdi, ABŞ-ın Avropa Komandanlığı bildirib.
Reaktiv təyyarələr ərazini tərk edənə qədər təlimlər dayandırılıb.
Növbəti gün, Rusiyanın KA-27 helikopteri alçaq səviyyədə gəmi ətrafında bir neçə dəfə dövr vurub.
Təyyarə ingilis və ya rus dillərində edilən təhlükəsizlik xəbərdarlıqlarına da cavab verməyib.
"Biz Rusiya təyyarələrinin təhlükəsiz və qeyri-peşəkar uçuş manevrlərindən dərin narahatlıq keçirik," ABŞ rəsmilərinin verdiyi bəyanatda deyilir.
"Bu hərəkətlər iki ölkə arasında əsassız gərginliyi artırmaq potensialına malikdir və ciddi xəsarət və ya ölümə səbəb ola biləcək yanlışlıq və ya qəza ilə nəticələnə bilər"