Rusiya helikopterlərini havaya qaldırdı - İrəvanda

Rusiyanın Ermənistanın Erebuni aviabazasında yerləşən ordu hissələri bu gün təlimə başlayıb.
 Avropa.info xəbər verir ki, rus pilotlar dağlıq-qayalıq ərazidə helokipterlərin eniş və qalxışını sınaqdan keçiriblər. Bu barədə Cənub hərbi dairəsindən məlumat verilib.
 Döyüş təlimi zamanı Mİ-24P və Mİ-8MT daşıma helikopterlərində 50-dən çox pilot təlim keçib. Təlimlər 1500-3000 metr yüksəklikdə həyata keçirilib.