Rusiya Ermənistanı intensiv silahlandıracaq

Rusiya və Ermənistan müdafiə nazirlikləri kreditlər əsasında satılmış rus silahının Ermənistana verilməsi ətrafında aktiv iş aparırlar.
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin milli təhlükəsizlik və daxili üzrə parlament qrupunun sədri, deputat Koryun Akopyan məlumat verib. Bildirilir ki, silahın verilməmiş qalan hissəsi də tezliklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, keçən ilin 26 iyununda Rusiya və Ermənistan arasında bağlanmış müqaviləyə əsasən, Rusiya Ermənistana rus silahı almaq üçün güzəştli şərtlərlə 200 milyon dollar pul vermişdi. Kreditin faizləri ilk 3 ildə ödəniləcək. Ümumi məbləğ isə 10 ildə bağlanacaq.