Rusiya daha duyğusal deyil, məntiqi davranmağa başlayır.

Turaninfo.az Axar.az  istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Su-24 olayına münasibət bildirərkən deyib.
“Rusiya Su-24 təyyarəsinin vurulması hadisəsini şəxsiləşdirdi. Bu təyyarənin vurulmasını biz istəmirdik. Lakin uçuş qaydaları hər kəsə bəllidir. Hadisə ilə bağlı təəssüfümüzü ən yüksək səviyyədə bildirdik. Rusiya addımlar atarsa, biz də münasibətlərimizi normallaşdırarıq”, - Çavuşoğlu bildirib.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri hava sərhədini pozan Rusiyaya məxsus Su-24 təyyarəsini vurmuşdu. Hadisədən sonra hər iki ölkə arasında münasibətlər son dərəcə pisləşmişdi.