​Rusiya ABŞ-a müharibə elan edir — Yeni dünya müharibəsinə hazır olun!

 
Moskva-Vaşinqton arasında gərginlik artmaqda davam edir.
 
Ölkə.Az xəbər verir ki, rəsmi Kreml səfərbərlik haqda olan qanuna dəyişikliklər edərək ABŞ-a açıq şəkildə müharibə siqnalı verib.
 
Rusiya-ABŞ arasında Suriya məsələsi ilə bağlı gərginliyin artması iki dövlət arasında münasibətləri yeni həddə çatdırıb. Moskva rəhbərliyi isə ölkədə müharibə hazırlıqlarına başlayıb. Rəsmi Moskva hal-hazırda ABŞ-a "müharibəyə hazır olun" mesajını verən bəzi tədbirlər həyata keçirir.
 
Polşa sərhəddinə S-400lər yerləşdirildi
 
Rusiya Polşa sərhəddi yaxınlığında yerləşən Kalininqrad şəhərinə nüvə başlığı daşıyan “İsgəndər-M” tipli raketlər yerləşdirib. Moskvanın bu hərəkəti müharibədə Qərb blokuna qarşı müdafiə qurmaq strategiyasının bir parçası olaraq qəbul edilir.
 
Diplomatlar ölkəyə geri çağırıldı
 
Rəsmi Kreml keçən həftə Rusiya dövlət başçısı Vladimir Putinin təlimatına əsasən, müharibə ssenarilərinə qarşı yüksək səviyyəli diplomat və qohumlarına “Vətənə geri qayıdın” xəbərini göndərib.
 
Televiziyalarda xalqa "gizlənin" mesajı verildi
 
Rusiyanıın televiziya kanalları isə nüvə müharibəsinə qarşı xalqın təhlükəsizliyini təmin etmək üçün canlı yayımlarda “Özünüzü müharibəyə hazır hiss edirsinizmi? Ən yaxın sığnacaqlara qaçın” anonsunu verib.
 
ABŞ-a qarşı kiber hücum
 
Vaşinqton rəhbərliyi 8 noyabr tarixində ABŞ-da keçiriləcək prezident seçkilərində Rusiyanın kiber hücumlarla müdaxilə edəcəyini iddia etmişdi. Kreml kiber hücumlara qarşı geniş müdafiə tədbirləri həyata keçirib.
 
Səfərbərlik qanununa dəyişiklik
 
Rəsmi Moskva bu həftə Dumada uzun müddətdir dəyişdirilməyən "Məcburi səfərbərlik qanunu" qanununa yeni əlavələr edilməsi barədə təkliflər irəli sürəcək. Qərarın qəbul ediləcəyi şübhə doğurmur.
 
“Kiber hücumun vaxtını biz təyin edəcəyik”
 
ABŞ dövlət başçısının köməkçisi Biden bildirib ki, Rusiyanın kiber hücumlarına cavab veriləcək: “Bizim imkanlarımız var və işarə veriləcək. Putin vaxtı yetişəndə bizi tanıyacaq. Vaxtı biz təyin edəcəyik”.
 
“Obama yuxu görür”
 
Hindistanın Qoa şəhərində təşkil edilən BRİCS iclasında iştirak edən Rusiya prezidenti Vladimir Putin üzv ölkələrin terrorla mübarizə məsələsini müzakirə edib və beynəlxalq böhranların diplomatik və siyasi yollarla həll edilməsinin məqbul olduğunu bildirib. İstənilən halda hərbi təzyiq siyasətini və başqa dövlətlərin müstəqilliyinin zədələnməsinin qəbuledilməz olduğunu söyləyib. Putin ABŞ prezidenti Barak Obama tərəfindən səsləndirilən "Rusiya 8 noyabrda kiber hücuma keçəcək" iddiasına isə "Obama yuxu görür. Seçki onların şəxsi işidir. Belə bir məsələ ilə əlaqədar olan iddiaları qəbul etmirəm" deyə bildirmişdi.