Rus xüsusi təyinatlıları Ermənistanda hərbi təlimə başlayır

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Kobalt-2016” adı altında keçirəcəyi birgə taktik təlimlər bu gün start götürür.
Avropa.info xəbər verir ki, əməliyyatda KTMT-nin xüsusi təyinatlı qüvvələr birləşməsinə daxil olan üzv ölkələrin DİN və polis işçiləri iştirak edəcək.
Xüsusi təyinatlılar ordu birləşmələri ilə birgə hərəkət edəcək. “Baqramyan” təlim bazasında keçirilən təlimlərdə KTMT-nin baş katibi Nikolay Bordyuca iştirak edəcək.
Təlimlər çərçivəsində terrorçu qrupların zərərsizləşdirilməsi, qanunsuz silah, narkotik, partlayıcı maddələr dövriyyəsi kanallarının qarşısının alınması, birgə hərbi əməliyyatların keçirilməsi məşq ediləcək.
Əməliyyatda döyüş və daşıma vertolyotlarından istifadə olunacaq. Xüsusi təlimlərdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan xüsusi təyinatlı polis qüvvələri iştirak edəcək.