Rus terrorçu: “Bu, Ukraynanın sonu olacaq”

Ukraynanın bu konflikti güc yolu ilə həll etmək imkanı yoxdur.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma Donetsk Xalq Respublikasının "xalq şurası"nın sədri Denis Puşilin söyləyib.
 Onun sözlərinə görə, Ukrayna öz uğuruna əmin olsaydı, çoxdan hücum edərək DXR-i yox etmişdi:
 “Əgər onlar yenə hücum etsələr, böyük itkilərlə qarşılaşacaqlar. Bizim bu sahədə böyük təcrübəmiz var. Ukraynanın genişmiqyaslı hücumu onun sonunun başlanğıcı olacaq. Əgər Slavyansk və Kramatorsku ələ keçirsək, Kiyevə olan yolumuz açılacaq. Aleksandr Zaxarçenko isə daha böyük ərazilərə rəhbərlik edə biləcək”.