“Rus NATO”-sunun generalları İrəvana toplanır

Sabah Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirləri şurasının iclası keçiriləcək.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşdə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya nümayəndə heyətlərinin iştirak edəcəyini bildirib.
 
İclasa həmçinin KTMT-nin Baş katibi Nikolay Bordyuja da qatılacaq.