Rus mətbuatı Rövşənin niyə öldürüldüyünü açıqladı

 
Rusiya mətbuatı Rövşən Lənkəranskiyə qarşı sui-qəsdin səbəblərinə dair iddia irəli sürüb.
 
“Qafqazinfo” xəbər verir ki, Rusiya hüquq-mühafiə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Lənkəranski Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun həbsindən sonra yaranan kriminal müharibənin qurbanı olub.
 
Mənbənin sözlərinə görə, Rövşən avtomobili ilə görüşə gedərkən güllələnib. Rus saytının yazdığına görə, 2016-cı ildə Rusiya mafiyasının “bütün bossların bossu” adlandırdıqları Kalaşovun həbsindən sonra onun rəqibləri Merab Djanqveladze və Rövşən Canıyev aktiv fəaliyyətə başlayıblar.
 
Xüsusilə də, öz təşəbbüsləri ilə Şakro Molodoyun Ded Xasan və Tariel Onian arasındakı münaqişə ilə əlaqədar “vorzakon” tituluna qoyduğu qadağanı ləğv ediblər. Mənbə bildirir ki, Canıyev məhz bu fəaliyyətin qurbanı olub.