Rus hərbi təyyarələri Hələbdə 12 nəfərin ölümünə səbəb olub.

Rusiya ordusuna aid təyyarələrin Hələb şəhərinin müxalifətçilərə aid olan bölgələrdə həyata keçirdiyi hava hücumu zamanı 12 mülki şəxsin öldüyü, 22 nəfərin isə yaralandığı xəbər verilir.
Turaninfo.az saytı xəbər verir ki, Hələbdəki mülki müdafiə üzrə vəzifə sahiblərindən birinin Türkiyənin “Anadolu ajansı”na verdiyi açıqlamada rus qırıcılarının şəhər mərkəzində, müxalifətçilərin nəzarəti altındakı Tarık əl-Bab səmtindəki mövqelərini bombaladığını bildirib.
Bombardman nəticəsində aralarında qadın və uşaqların da olduğu 12 mülki şəxsin öldüyünü və 22 nəfərin yaralandığını bildirən Əbu Leys hücum bölgəsində binaların yıxıldığını və zərər çəkdiyini, bəzi binalarda isə yanğın baş verdiyini bildirib.
Hələbdəki yerli fəallardan olan Beha əl-Hələbi də rus təyyarələrinin Hələbdəki müxalif bölgələri bombalamasından danışıb: “Rus hərbi təyyarələri Hələbdə mülki yaşayış məntəqələrinə dünəndən bu günə qədər hücumlarını davam etdirir. İqtidarın planlaşdırdığı Hələb əməliyyatı başlayıb. Allah buradakı mülki vətəndaşlara kömək etsin”.
Xəbər verdiyimiz kimi, rus təyyarələrinin dünənki hücumu zamanı 10 mülki şəxs yaralanıb, 20 nəfər yaralanmışdı.