Rus helikopterini vuran suriyalılar tutuldu

Rus helikopterini vuran suriyalılar tutulduÖtən ilin 24 Noyabr günü Türkiyə sərhədini pozarkən vurulan Su-24 tipli rus təyyarəsinin pilotlarını qurtarmaq üçün bölgəyə göndərilən helikopteri vuran dörd Azad Suriya Ordusu (ASO) silahlısı tutulub.
Strateq.az xəbər verir ki, məlumatı Suriyadan nəşr olunan rejim tərəfdarı “əl-Məsdər News” qəzeti yayıb. Xəbərə görə, helikopteri “Tow” raketiylə vuran dörd silahlı Suriya ordusunun dəniz piyadaları tərəfindən dünən axşam saatlarında ələ keçirilib.
Xəbərdə ələ keçirilən partizanların şəxsiyyətləri açıqlanmayıb, ancaq onların terrorizm ittihamı Rusiyada mühakimə olunacaqları bildirilib.