​Ruhi xəstəlikdən əziyyət çəkən alim-filosoflar- MARAQLI

 
 
 
Dünyada dahilikdən dəlilik arasında var-gəl xeyli sayda alim olub. Həmin nəhəng fikir sahiblərini ruhi xəstə kimi tanıdan qeyri-adilikləri də olub.
 
Moderator.az bu yönləri ilə tanınan alimlərdən bir neçəsini təqdim edir:
 
Fridrix Vilhelm Nitsşe - Dahi Alman filosofu Fridrix Vilhelm Nitsşe sifilisə yaxalanıb. Xəstəlik irəlilədikcə ruhi sağlamlığı da pisləşməyə başlayıb. Çox güclü depressiya və intihar meyliylə yaşayıb. Sonunda tamamilə əqli tarazlığını itirib.
 
 Sören Kirkeqoor - Danimarkalı dahi filosof və yazıçı Sören Kierkegaard eynilə atası kimi
depressiyadan əziyyət çəkirdi.
 
Mişel Fuko - Fransız filosofu Mişel Fuko homoseksualığa bu günlə müqayisədə daha da sərt yanaşıldığı illərdə homoseksual olması və bununla bağlı yazması/ düşünməsi səbəblərdən depressiya yaşamışdır.
 
Henri Ceyms - Henri Ceyms bir çox ədəbiyyat tənqidçi və psixoloqa görə, seks fobiyası  yaşayırdı və bütün həyatını bu səbəbdən subay keçirdi.
 
Con Neş- Amerikalı riyaziyyatçı, 1994-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Con Neş (d. 1928) də şizofreniya xəstəlyindən əziyyət çəkib. Gənc yaşlarında özünü büruzə verməyə başlayan şizofreniya əlamətləri sonralar Neşin kənar səslər eşitməsinə və heç zaman mövcud olmayan insanları ətrafında görməsinə səbəb olub. Həyat yoldaşının təkidi ilə psixoloji müalicə alan alim həkimləri aldadaraq özünü sağlam adam kimi göstərsə də, azadlığa çıxdıqdan sonra verdiyi müsahibələrində hələ də paranoyadan əziyyət çəkdiyini etiraf edib. Con Neşin həyat yoldaşı Lüsiya da ahıl yaşlarında “paranodial pozğunluq” diaqnozu ilə müalicə alıb.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...